Premium avtomobil sektorunda fəaliyyət göstərən şirkət komandamıza Satış üzrə məsləhətçi vəzifəsinə xanım namizəd axtarır.
Bu vəzifədə satış yalnız avtomobilin təqdim edilməsi və satış prosesinin tamamlanması deyil. Əsas məqsəd müştəriyə ilk müraciətdən avtomobilin təhvil verilməsinə və satışdan sonrakı ünsiyyətə qədər yüksək səviyyəli, fərdi və premium xidmət təcrübəsi təqdim etməkdir.
Əsas vəzifələr
Müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən etmək;
Avtomobillər, komplektasiyalar, texnologiyalar və üstünlüklər haqqında ətraflı və düzgün məlumat təqdim etmək;
Müştərinin ehtiyaclarına uyğun avtomobil seçimi üzrə fərdi məsləhətlər vermək;
Avtomobillərin təqdimatını və test sürüşlərini yüksək xidmət standartlarına uyğun həyata keçirmək;
Müştərini ilk müraciətdən satışın tamamlanmasına və avtomobilin təhvil verilməsinə qədər bütün proses boyunca müşayiət etmək;
Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və məlumatları satış bazasında düzgün idarə etmək;
Mövcud müştərilərlə uzunmüddətli münasibətlər qurmaq, müştəri loyallığını və təkrar satış imkanlarını inkişaf etdirmək;
Aylıq və illik satış hədəflərinin (KPİ) yerinə yetirilməsini təmin etmək;
Əlavə məhsul və xidmətləri müştərilərə təqdim etmək;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
Məhsullar, avtomobil texnologiyaları, bazar tendensiyaları və rəqiblər haqqında bilikləri daim yeniləmək;
Şirkət tərəfindən keçirilən məhsul, satış və müştəri xidməti təlimlərində aktiv iştirak etmək;
Beynəlxalq standartlara, müəyyən edilmiş satış proseslərinə, müştəri xidməti tələblərinə və brend qaydalarına (guidelines) gündəlik fəaliyyətdə tam riayət etmək;
Regional ofisi tərəfindən mütəmadi keçirilən audit və qiymətləndirmələr üzrə müəyyən edilmiş bütün standart və meyarların davamlı şəkildə yerinə yetirilməsini təmin etmək;
Namizədə tələblər
Ali təhsil;
Yaş: 25-40
Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş təcrübəsi;
Avtomobil, premium/lüks məhsul və ya xidmətlərin satışı üzrə təcrübə üstünlükdür;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştərinin ehtiyaclarını düzgün müəyyən etmək və fərdi yanaşma nümayiş etdirmək bacarığı;
Yüksək xidmət mədəniyyəti və müştəriyönümlülük;
Satış hədəflərinə və nəticəyə yönümlülük;
Beynəlxalq xidmət standartlarına və müəyyən edilmiş prosedurlara dəqiq riayət etmək bacarığı;
Detallara yüksək diqqət, məsuliyyət və təşkilatçılıq;
Peşəkar görünüş və yüksək ünsiyyət mədəniyyəti;
Təşəbbüskarlıq və komandada işləmək bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsi.
Biz nə təklif edirik?
Premium avtomobil sektorunda beynəlxalq standartlara uyğun peşəkar iş mühiti;
Stabil əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Beynəlxalq standartlara uyğun məhsul, satış və müştəri xidməti təlimləri;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və peşəkar komandanın bir hissəsi olmaq imkanı.
Əmək haqqı 1000 AZN və satışdan bonus.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 17.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-satis-uzre-meslehetci-151450