Kidilo C810 çoxfunksiyalı uşaq yemək stulu həm körpənin rahatlığını, həm də valideynin praktiki ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq dizayn edilmişdir. Oturacağın yerdən hündürlüyünü tənzimləmək mümkümdür, beləcə stulu istənilən standart masaya uyğunlaşdırmaq olur. İkiqat çıxan masaya sahibdir, belə ki, Üst hissədəki rəngli yemək padnisi çirkləndikdə çıxarılıb rahat yuyulur. 5 nöqtəli təhlükəsizlik kəməri körpənin çiyinlərindən və belindən tutaraq stuldan yıxılma və ya sürüşmə riskini sıfıra endirir. Stul yığılmış vəziyyətdə çox az yer tutur, qapı arxasında və ya şkafdakı boşluqda rahatlıqla saxlanılır. Oturacağın yumşaq tekstili maye keçirməyən və ləkə saxlamayan materialdandır.