İş haqqında məlumat:
Core Construction komandamıza tikinti layihələri üzrə xərclərin, büdcələrin və hesabatların effektiv idarə olunmasını təmin edəcək Xərclərə Nəzarət üzrə Mütəxəssis (Cost Control Specialist) axtarırıq.Əsas vəzifələr:Tikinti layihələri üzrə xərclərin planlaşdırılması və nəzarətdə saxlanılması;Layihə büdcələrinin hazırlanması və icrasının izlənilməsi;Faktiki xərclərin büdcə və plan göstəriciləri ilə müqayisə edilməsi;Excel proqramında xərclər üzrə cədvəllərin, hesabatların və analitik faylların hazırlanması və yenilənməsi;Xərclər üzrə aylıq və dövri hesabatların hazırlanması;Material, əmək, avadanlıq və digər layihə xərclərinin təhlili;Xərclər üzrə kənarlaşmaların müəyyən edilməsi və səbəblərinin araşdırılması;Müqavilə və satınalma məlumatlarının xərclərlə uyğunluğunun yoxlanılması;Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;Xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;Word və Excel proqramlarında sənədlərin, cədvəllərin və hesabatların peşəkar şəkildə hazırlanması.
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq, mühəndislik və ya əlaqəli sahə);Tikinti sektorunda Cost Control / Project Control sahəsində iş təcrübəsi üstünlükdür;MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı – əsas tələbdir;Excel-də formulalar, funksiyalar, cədvəllər, məlumatların çeşidlənməsi və təhlili üzrə praktiki biliklər;MS Word proqramında peşəkar səviyyədə işləmə bacarığı;Hesabat və cədvəllərlə işləmə bacarığı;Maliyyə və büdcə göstəricilərinin təhlili üzrə biliklər;Analitik düşünmə və detallara diqqət;Məsuliyyətli və sistemli iş prinsipi;
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 06/10/2026