Poco X6 Pro model telefonu ehtiyat hissəsi / plata kimi satıram.
Mənşəyi: İlk çıxanda İrşad Telekom-dan alınıb.
Vəziyyəti və Problemi: Bir neçə ay istifadə edildikdən sonra maşında keyfiyyətsiz şarj cihazına qoşulduğu üçün ekranı yanıb/qaralıb. Şleyf (flex) boşalması ola bilər deyə arxası açılıb yoxlanılıb, lakin problem sırf ekrandadır. Bir neçə ay dolabda qaldığı üçün ekran şifrəsi də unudulub.
Anakart və Avadanlıq (Hardware): Ekrandan başqa ana plata (anakart), prosessor, kamera və digər bütün daxili hissələri ilk günkü kimi tam işləkdir. Vaxtında testi olunub, digər Poco X6 Pro-lardan daha yüksək AnTuTu balı verən güclü versiyadır.
Xarici Görünüş: Qapaq və korpusda istifadəyə bağlı xırda/adi cızıqlar var (qabarsız və qoruyucusuz istifadə olunduğu üçün).
Satış Şərti: Telefon bu vəziyyətdə (ehtiyat hissəsi kimi) satılır.
⚠️ QEYD: Qiymət yan sənaye batareya qiymətinə qoyulub (150 AZN). Bütün daxili hissələri sağlamdır. Xahiş olunur qiymət üçün narahat etməyin, son qiymətdir. Alana indidən xeyirli olsun.