BAFURİ paltaryuyan kapsulları həm ağ, həm də rəngli paltarların yuyulması üçün nəzərdə tutulub. Tərkibində səthi-aktiv maddələr, fermentlər, stabilizator, ətir və bakteriostat var. 8 qat dərin təmizlik effektinə malikdir. Pis qoxuları aradan qaldırır, parçanı yumşaldır və uzunmüddətli təravətli qoxu saxlayır. Bir kapsul bir yuma üçün kifayətdir və əlavə yumşaldıcıya ehtiyac yoxdur. Qablaşdırmada 36 ədəd kapsul mövcuddur. Məhsul Yapon texnologiyası əsasında istehsal olunub. Həm qısa, həm də uzun yuma rejimlərinə uyğundur.