İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov(Baş ofis ünvanıdır ərazi müxtəlif olur)
Əmək haqqı: 800 Azn
Vəzifə öhdəlikləri:
Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanmasını həyata keçirmək;
IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin, o cümlədən NVR, DVR və analitik kameraların quraşdırılması, sazlanması və şəbəkəyə inteqrasiyasını həyata keçirmək;
Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajını, idarəetmə panellərinin sazlanmasını və funksional sınaqlarını həyata keçirmək;
Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniket və şlaqbaumların quraşdırılması, sazlanması və proqramlaşdırılmasını həyata keçirmək;
Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin, simli və simsiz sensorların və idarəetmə panellərinin quraşdırılması və rabitə kanallarının sazlanmasını təmin etmək;
Kommutasiya şkaflarının (Rack Cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun qurulması və test edilməsini həyata keçirmək;
Zəif axın sistemləri üzrə kabel xətlərinin layihəyə və texniki tələblərə uyğun çəkilməsini və avadanlıqların düzgün qoşulmasını təmin etmək;
Layihə çertyojlarını və texniki sxemləri oxumaq, layihəyə uyğun montaj və quraşdırma işlərini icra etmək;
Quraşdırılmış sistemlərin funksional və texniki sınaqlarını həyata keçirmək;
Aşkar edilmiş texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
İcra olunmuş işlərin layihə və texniki tələblərə uyğun şəkildə təhvil verilməsini təmin etmək;
Görülmüş işlər və aşkar edilmiş texniki problemlər barədə müvafiq hesabat və məlumatları təqdim etmək;
Layihə obyektlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
Yaş həddi: 20 – 40 yaş
Elektronika, Avtomatika, IT, Telekommunikasiya və ya əlaqəli texniki istiqamət üzrə təhsil və ya müvafiq sahədə peşəkar ixtisaslaşma;
Zəif axın və təhlükəsizlik sistemlərinin montajı, quraşdırılması və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi;
CCTV, FAS, ACS, mühafizə-həyəcan siqnalizasiya və digər zəif axın sistemləri üzrə praktiki bilik;
TCP/IP, subnetting, marşrutlaşdırma və əsas şəbəkə protokolları üzrə baza bilikləri;
Təhlükəsizlik və zəif axın avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı;
Layihə çertyojlarını, texniki sxemləri və spesifikasiyaları oxumaq bacarığı;
Kabel sistemlərinin çəkilişi, sonlandırılması və test edilməsi üzrə praktiki bacarıq;
Texniki avadanlıqlarla işləmək və nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq bacarığı;
Komandada işləmək, məsuliyyətli və diqqətli olmaq;
Obyektlərdə və layihə sahələrində işləməyə hazır olmaq;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
CV-lərinizi “Mövzu” hissəsində” Zəif axın üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
Maaş: 800 AZN
Son müraciət tarixi: 15.10.2026