
25
Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)

1 500 ₼
Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)
შემოწმებულიაგუშინ
თარიღი
ნახვები25
ნომერი№6185410
აღწერა
Vəzifə öhdəlikləri
Anbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini təmin etmək;
Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və göndərilməsinə nəzarət etmək;
Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq;
Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə və inventarizasiyaya nəzarət etmək;
Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
1C proqramında anbar əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq;
Anbar sənədlərinin düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək;
Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq;
Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək;
Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
Digər struktur bölmələrlə koordinasiyalı şəkildə işləmək.
Namizədə tələblər
Anbar sahəsində iş təcrübəsi;
Rəhbər vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
1C proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
Anbar uçotu, inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər;
Məhsul qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı;
Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti;
İdarəetmə, komanda ilə işləmək və operativ qərarvermə bacarığı.
Üstünlük hesab olunur
Qida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi təcrübəsi;
Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə nəzarət üzrə biliklər;
Məhsulların saxlanma müddətinə və yararlılıq tarixlərinə nəzarət təcrübəsi;
FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq etmək bacarığı;
Anbar proseslərinin optimallaşdırılması və məhsul itkilərinin azaldılması üzrə təcrübə.
İş şəraiti
Əmək haqqı: 1 500 AZN;
6 günlük iş həftəsi;
İş yeri: Lökbatan, Meyvəli ərazisi;
Peşəkar və dinamik iş mühitində çalışma imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Maaş: 1500 AZN
Son müraciət tarixi: 20.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/galeon-seafood-mmc-anbar-mudiri-teserrufat-techizat-ve-destek-sobesinin-mudiri-156611
რეკლამა










