
Qusar11
Aqronom
Aqronom
შეთანხმებით
შემოწმებულია1 კვირის წინ
აღწერა
İş yeri: Şabran və Qusar rayonları
Məşğulluq növü: Tam iş günü
Vəzifə öhdəlikləri:
Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası və icrasına nəzarət;
Bitkilərin inkişaf vəziyyətinin mütəmadi izlənilməsi;
Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin təşkili;
Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi, mübarizə tədbirlərinin görülməsi;
Məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması üzrə təkliflərin hazırlanması;
Görülmüş işlər və bağların vəziyyəti barədə hesabatların təqdim edilməsi;
Sahə işçilərinin fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət;
Bağın cari və uzunmüddətli məhsuldarlığının təmin edilməsi məqsədilə bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Rəhbərliyin tapşırığı əsasında digər işlər.
Namizədə tələblər:
Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas təhsili;
Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi (Quba və Xaçmaz rayonlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir);
Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;
Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq təsərrüfat sahələrində olmaq imkanı;
Məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
Şirkət tərəfindən təmin edilir:
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;
Qida təminatı;
Mobil rabitə təminatı;
Stabil və uzunmüddətli iş imkanı;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196444/aqronom
მსგავსი განცხადებები











შეთანხმებით
Strategiya və Biznesin İnkişafı İdarəsi/Layihələrin idarə edilməsi üzrə kiçik mütəxəssis
Bakı08.10.2026


შეთანხმებით
Risklərin İdarə Edilməsi və Daxili Nəzarət İdarəsi/Risklər üzrə Aparıcı Analitik
Bakı08.10.2026

