
7
Əl/tmm üzrə ekspert
Əl/tmm üzrə ekspert
შეთანხმებით
შემოწმებულია3 დღის წინ
თარიღი
ნახვები7
ნომერი№4071786
აღწერა
Vakansiyanın tələbləri:
Ali təhsili (İqtisadiyyat, Maliyyə, Hüquq) olan;
Analitik düşüncə tərzi və problem həll etmə bacarığı olan;
Müvafiq sahədə ən azı 3-4 il iş təcrübəsi olan;
Microsoft Office bilikləri olan;
İngilis dili biliyi olan;
ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan;
IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür;
CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
ƏL/TMM qanunvericiliyinin tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsini təmin etmək;
Qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, təhlili və araşdırılmasını həyata keçirmək;
Yüksək riskli müştərilər və əməliyyatlar üzrə davamlı monitorinqlərin aparılmasını təmin etmək;
Müştəri bazasının sanksiya siyahıları ilə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunluqların təhlilini həyata keçirmək;
Maliyyə Monitorinqi Orqanına təqdim edilməli hesabatların hazırlanması, avtomatlaşdırılması və müəyyən edilmiş qaydada təqdim olunmasını təmin etmək;
Sahəvi və institusional ƏL/TMM risk qiymətləndirilməsini həyata keçirmək və nəticələrinə uyğun tədbirlər görmək;
Müştərilərin müəyyən edilmiş ƏL/TMM risk meyarları əsasında risk dərəcələrinin müəyyən edilməsini və müvafiq risk qruplarına təsnifləşdirilməsini təmin etmək;
Fəaliyyət istiqaməti üzrə digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsini həyata keçirmək, daxil olan sorğuları araşdırmaq və müvafiq rəylər vermək;
ƏL/TMM sahəsi üzrə daxili qayda və prosedurların hazırlanmasında, təkmilləşdirilməsində və onlara dəyişikliklərin edilməsində iştirak etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 07.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/golden-pay-eltmm-uzre-ekspert-153183
მსგავსი განცხადებები








შეთანხმებით
Hüquqi məsələlər departamentinin Qərarların Məcburi İcrası üzrə Kiçik mütəxəssis
Bakı06.10.2026






