Prayk

Gömrük məsələləri üzrə baş mütəxəssis

შეთანხმებით
შემოწმებულიაგუშინ
ქალაქი
Bakı
კატეგორია
სხვა
თარიღი
ნახვები
3
ნომერი
№4281104

აღწერა

Sifarişçi tərəfindən göndərilən yük sənədlərinə baxış keçirilməsi və düzgünlüyünün təsdiq edilməsi və çatışmayan sənədlərin sifarişçidən alınması; Sifarişçinin müraciətinə əsasən gömrük rüsumlarının və yığımlarının əvvəlcədən hesablanması və Sifarişçiyə gömrük rəsmiləşdirilməsinə dair məlumatların təqdim edilməsi;Müqavilələrdə qeyd olunan məlumatlarla yük sənədlərində olan məlumatların uyğunluğunun yoxlanılması;Mövcud qanunvericiliyə uyğun olaraq gömrük rüsumlarının və yığımlarının hesablanmasını həyata keçirilməsi;Gömrük rəsmiləşdirilməsi üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş icazə, rəy və sertifikatların alınması üçün səlahiyyətli şəxslərə məlumatların verilməsi;Gömrük orqanlarına müraciət məktublarının hazırlanması və göndərilməsi;Yük gömrük bəyannamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi;Yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi haqqında gömrük brokerlərinə və müvəqqəti saxlanc anbarının əməkdaşlarına məlumatların verilməsi;Müvəqqəti saxlanc və sərbəst dövriyyə bəyannamələrinin hazır olduqda müvafiq şöbələrə göndərilməsi;Gömrük orqanlarından və şirkət daxilindən daxil olan sorğulara əsasən yük, bəyannamə və digər məlumatlarının toplanıb təqdim olunması;Müvəqqəti saxlanc anbarının Dövlət Gömrük Komitəsinin reyesterində qeydiyyatdan keçirilməsi;Birbaşa rəhbərin fərdi rəsmi tapşırıqlarını yerinə yetirir. Tələblər: Gömrük Qanunvericiliyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və aidiyyəti normativ hüquqi aktlar;Elektron Sistemlər: Elektron gömrük xidmətləri portalı və bəyannamə proqramları ilə işləmə qaydaları;Mal Kodları: XİF MN kodlarının təyin edilməsi prinsipləri;Beynəlxalq Qaydalar: Beynəlxalq ticarət terminləri (Incoterms 2020) və ticarət müqavilələrinin əsasları;Kompyuter bilikləri: Ofis proqramları (xüsusilə Excel) və ixtisaslaşmış gömrük proqramlarından sərbəst istifadə etmək;Ünsiyyət: Gömrük əməkdaşları və şirkətin digər şöbələri ilə effektiv işləmək bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Avromed Company MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/avromed/avromed-gomruk-meseleleri-uzre-bas-mutexessis-55072987/apply

მსგავსი განცხადებები