
Bakı4
Junior Business Analyst
Junior Business Analyst
შეთანხმებით
შემოწმებულიაგუშინ
აღწერა
Vakansiya haqqında
Komandamıza biznes proseslərinin təhlili, tələblərin toplanması və rəqəmsal həllərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək Junior Business Analyst axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Biznes istifadəçilərindən və sifarişçilərdən tələblərin toplanmasında iştirak etmək;
Mövcud biznes proseslərini araşdırmaq və təhlil etmək;
Biznes tələblərinin strukturlaşdırılması və sənədləşdirilməsinə dəstək göstərmək;
Texniki tapşırıqların (Technical Specification), User Story və Use Case sənədlərinin hazırlanmasında iştirak etmək;
Biznes proseslərinin modelləşdirilməsi və diaqramların hazırlanmasına dəstək göstərmək;
Proqram təminatının test edilməsi və nəticələrin yoxlanılmasında iştirak etmək;
Proqramçılar, test mühəndisləri və digər komanda üzvləri ilə koordinasiyalı işləmək;
Layihə sənədlərinin hazırlanması və yenilənməsini həyata keçirmək.
Namizədə dair tələblər:
Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Biznes analitik və ya əlaqəli sahədə 0–1 il iş təcrübəsi;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Biznes tələblərinin toplanması və sənədləşdirilməsi üzrə ilkin biliklər;
BPMN və UML üzrə baza bilikləri;
MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;
Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri üzrə biliklər;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus dili biliyi üstünlükdür;
Komanda ilə işləmək, məsuliyyətlilik və öyrənməyə açıqlıq.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə;
İş saatları: 08:00–17:00;
İstirahət günləri: Şənbə və bazar;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
İş forması: Tam iş günü.
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/uniser-group-mmc-junior-business-analyst-157132
რეკლამა




