
Bakı5
Middle Business Analyst
Middle Business Analyst
შეთანხმებით
შემოწმებულიაგუშინ
აღწერა
Vakansiya haqqında
Komandamıza biznes proseslərinin təhlili, informasiya sistemlərinin inkişafı və rəqəmsal həllərin tətbiqi istiqamətində müstəqil fəaliyyət göstərə biləcək Middle Business Analyst axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Sifarişçilər və maraqlı tərəflərlə görüşlər keçirərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək;
Biznes tələblərini təhlil etmək, sistem və funksional tələblərə çevirmək;
Mövcud (AS-IS) və hədəf (TO-BE) biznes proseslərini təhlil etmək və modelləşdirmək;
Texniki tapşırıqların (Technical Specification), BRD, SRS, Functional Requirements, User Story və Use Case sənədlərini hazırlamaq;
BPMN və UML diaqramları vasitəsilə biznes və sistem proseslərini modelləşdirmək;
Sistemlərarası inteqrasiya tələblərini təhlil etmək və API-lərlə bağlı texniki tələbləri formalaşdırmaq;
Proqram təminatının funksional tələblərə uyğunluğunu yoxlamaq və UAT prosesində iştirak etmək;
Development, QA və Project Management komandaları ilə sıx əməkdaşlıq etmək;
Tələblərdə baş verən dəyişiklikləri idarə etmək və müvafiq sənədləri yeniləmək;
Layihələrin icrası zamanı yaranan biznes və funksional uyğunsuzluqları təhlil edərək həll yolları təklif etmək;
Biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
Namizədə dair tələblər:
Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Biznes analitik və ya İT analitika sahəsində 1–3 il iş təcrübəsi;
Biznes və funksional tələblərin müstəqil toplanması, təhlili və sənədləşdirilməsi bacarığı;
BRD, SRS, FRS, User Story və Use Case sənədlərinin hazırlanması üzrə təcrübə;
BPMN 2.0 və UML modelləşdirmə standartları üzrə biliklər;
SQL üzrə işlək biliklər;
REST API, JSON və sistemlərarası inteqrasiya prinsipləri üzrə biliklər;
Jira, Confluence, Azure DevOps və ya analoji alətlərlə iş təcrübəsi;
Agile/Scrum və Waterfall metodologiyaları üzrə biliklər;
Funksional test və UAT proseslərinin təşkili və icrasında iştirak təcrübəsi;
Güclü analitik düşünmə, problem həll etmə və kommunikasiya bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus dili biliyi üstünlükdür.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə;
İş saatları: 08:00–17:00;
İstirahət günləri: Şənbə və bazar;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
İş forması: Tam iş günü.
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/uniser-group-mmc-middle-business-analyst-157131
რეკლამა




