
13
Molekulyar bioloq

950 ₼
Molekulyar bioloq
შემოწმებულიადღეს
თარიღი
ნახვები13
ნომერი№6073528
აღწერა
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
Reaktivlərin və məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət;
Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması;
Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması;
Cihazların performans yoxlamalarının həyata keçirilməsi;
Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi;
Analiz nəticələrinin işlənməsi;
Təlimatların, planların və formaların hazırlanması.
Tələblər:
Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
Sahə üzrə iş təcrübəsi tələb olunmur;
Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.
İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00.
Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir).
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində daimi işlə təmin ediləcəklər.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 950 AZN
Son müraciət tarixi: 17.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/food-city-kompleks-laboratoriyasi-molekulyar-bioloq-156307
რეკლამა














