
9
Riçtrak sürücüsü
Riçtrak sürücüsü
შეთანხმებით
შემოწმებულია1 კვირის წინ
თარიღი
ნახვები9
ნომერი№3786408
აღწერა
Təsvir
Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Tələblər
Avtokar idarəsi üçün sertifikat
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 05.11.2026
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© Avromed Company MMC jobsearch.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა












