ŞƏHƏR BAĞLARI yaşayış kompleksində 677 m² eksklüziv çıxarışlı dupleks mənzil satılır!
Bakının nüfuzlu yaşayış komplekslərindən biri olan “Şəhər Bağları”nda 677 m² sahəyə malik, xüsusi təmirli, nadir satışa çıxarılan mənzil satışa təqdim olunur.
Britaniyanın dünya şöhrətli mühəndislik şirkəti Atkins tərəfindən layihələndirilən kompleks memarlığı, geniş yaşıllıq əraziləri və yüksək yaşayış standartları ilə seçilir.
Kompleksin əsas üstünlükləri:
- 2,2 hektar ərazinin cəmi 25%-i binalardan, 75%-i isə yaşıllıq və istirahət zonalarından ibarətdir.
- Geniş bağlar, fəvvarələr və açıq yay hovuzu.
- SPA və solarium bölmələri olan qapalı hovuz.
- 250 nəfərlik tədbir zalı və 8 nəfərlik şəxsi kinoteatr.
- Futbol, basketbol və voleybol meydançaları.
- Müasir trenajor və aerobika zalları, bilyard və boulinq.
- Hər mənzil üçün 2 avtomobillik yeraltı parkinq və qonaqlar üçün yerüstü dayanacaq.
677 m² genişlik, xüsusi təmir və seçkin yaşayış mühiti — həm komfortlu ailə həyatı, həm də yüksək səviyyəli daşınmaz əmlak əldə etmək istəyənlər üçün nadir fürsət.
Mənzil geniş sahəsi və kompleksin təqdim etdiyi imkanlarla seçilən xüsusi bir əmlakdır.
Yalnız ciddi alıcıların müraciət etməsi xahiş olunur.
Bu qiymətə bu kompleksdə mənzil yoxdur.
© Orxan · bina.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.