Prayk

Universal Usta (Təmir-Tikinti və Quraşdırma üzrə mütəxəssis)

1 000 ₼
შემოწმებულია1 თვის წინ
ქალაქი
Bakı
თარიღი
ნახვები
2
ნომერი
№2098789

აღწერა

Şirkətimiz müxtəlif layihələrin icrası, metal konstruksiyaların yığılması və daxili təmir işləri üçün geniş profilə malik, təcrübəli Universal Usta axtarışındadır. Biz nə təklif edirik? * Əməkhaqqı: 1000 AZN; * Artırılmış Ödəniş: Ezamiyyətdə olunan günlərin əməkhaqqı əlavə tariflə hesablanır; * Mesai İmkanı: İş saatından əlavə işlənilən saatlar üçün əlavə ödənişlər; * Könüllü Tibbi Sığorta: Özəl klinikalarda pulsuz tibbi xidmət təminatı; * Nahar Təminatı: Şirkət tərəfindən isti və dadlı nahar yeməyi; * Daimi İş: Bütün sosial təminatları qarşılanan, stabillik vəd edən iş yeri. Namizədə dair tələblər: * Elektrik bacarığı: Elektrik xətlərinin çəkilməsi, montajı və nasazlıqların aradan qaldırılması; * Santexnika bacarığı: Su və kanalizasiya xətlərinin çəkilməsi, santexnik avadanlıqlarının quraşdırılması; * Təmir-Quraşdırma: Sendviç panellərin vurulması, döşəmə işləri (laminat, linoleum, metlax, OSB) və ümumi tikinti-montaj bacarıqları; * Ölçü Dəqiqliyi: Ölçülərin düzgün götürülməsi, dioqanalın hesablanması və texniki çeviklik; * Ezamiyyət imkanı: Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyətlərə hazır olmalı (Əsas tələb); * Məsuliyyət: İşində son dərəcə dəqiq, nizam-intizamlı və çevik. İş şəraiti: * İş yeri: Binəqədi rayonu (İstehsalat sahəsi və layihə ünvanları); * İş rejimi: 6 günlük iş həftəsi, 09:00-dan 18:00-dək. Müraciət üçün: Tələblərə uyğun gələn namizədlər aşağıdakı WhatsApp nömrəsinə məlumat yazaraq müraciət edə bilərlər: Qeyd: Yalnız WhatsApp vasitəsilə müraciətlər qəbul olunur.
რეკლამა