Vəzifə Öhdəlikləri:
Müəyyən olunmuş marşrut üzrə HoReCa nöqtələrini (otel, restoran, kafe, şadlıq sarayı və catering şirkətləri) müntəzəm ziyaret etmək, satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;
Şəhər və ərazi üzrə yeni açılan və ya mövcud HoReCa obyektlərini aşkar etmək,
Təhvil verilmiş soyuducu, stend və digər brendinq/xidmət avadanlıqlarının düzgün istifadəsinə, vizual standarta və məhsulların düzgün təqdimatına nəzarət etmək;
Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini debitor borcların (hesablaşmaların) vaxtında yığılmasını tənzimləmək; müştəridəki stok ehtiyacını dəqiq planlaşdırmaq.
Əsas tələblər:
Təcrübə: FMCG / HoReCa (otel, restoran, kafe) sektorunda satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
Dil bilikləri: Azərbaycan dili – səlis
Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə).
Fərdi keyfiyyətlər:
HoReCa sektoruna uyğun yüksək təqdimat, peşəkar kommunikasiya və etik davranış bacarıqları;
Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və inandırma qabiliyyəti;
Nəticəyönümlülük, çevik problem həll etmə və dinamik iş mühitinə uyğunlaşma.
İş şəraiti və təminatlar:
Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
Əlaqə: Korporativ nömrə və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Wp - 0999003589
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 25.12.2026
© Sirab Satış və Dağıtım MMC · jobsearch.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.