Maffin.tech müəssisələr üçün HRM, ERP, GPS izləmə, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir. Komandamıza satışda aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq.
Vəzifə öhdəlikləri
Potensial korporativ müştərilərlə telefon və digər kanallar vasitəsilə ilk əlaqəni qurmaq;
Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək;
Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək;
Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək.
Tələblər
Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür;
Güclü ünsiyyət və inandırma bacarığı;
Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür);
Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq;
Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
Biz nə təklif edirik?
5 günlük iş qrafiki (şənbə və bazar istirahət);
Fix əmək haqqı(təcrübədən asılı olaraq) + yüksək satış bonusları;
Rəsmi əmək müqaviləsi;
ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı;
Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi;
Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmək imkanı;
Gələcəkdə şirkət daxilində digər istiqamətlər üzrə karyera inkişafı və keçid imkanı;
Müasir və rəqəmsal iş mühiti.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya +994 77 220 67 67 nömrəsi ilə WhatsApp və zəng vasitəsilə bizimlə əlaqə saxlayın.
Son müraciət tarixi: 25.12.2026
© Maffin · jobsearch.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.