“Lider – Dahilər və miras” əsəri I cild liderlik anlayışına klassik bioqrafik yanaşmadan kənar, daha dərin – tarixi, psixoloji və fəlsəfi müstəvidə yanaşan tədqiqat xarakterli bir əsərdir. Kitabın əsas mərkəzində isə müasir Azərbaycan liderliyi dayanır. Müəllif bu fenomeni Prezident İlham Əliyevin liderlik modeli üzərindən araşdıraraq, onun siyasi iradəsinin, strateji qərarlarının və dövlətçilik düşüncəsinin tarixi ardıcıllıq içində necə formalaşdığını sistemli şəkildə təqdim edir. Eyni zamanda, əsərdə “kollektiv yaddaş” və “kölgə şüur” anlayışları xüsusi yer tutur. Müəllif bu anlayışlar vasitəsilə bir xalqın davranış modellərinin, qorxu və reflekslərinin lider seçiminə və dövlət taleyinə necə təsir etdiyini izah edir. Bu kitab bioqrafiya deyil. Bu, liderlik fenomeninin – tarix, yaddaş və iradə kəsişməsində doğan bir gücün analitik oxunuşudur. “Lider – Dahilər və miras” silsiləsinin ilk cildi olaraq təqdim olunan bu əsər oxucunu təkcə hadisələri anlamağa deyil, onların arxasındakı siyasi ağlı və tarixi məntiqi dərk etməyə dəvət edir.
Müəllif: Xatirə Əfşar
Nəşriyyat: Qanun nəşriyyatı
Dil: AZE
Cild: bərk
Səhifə sayı: 112
© libraff.az — Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.
Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.