
Bakı5
Anbardar
Anbardar
1 000 ₼
ПровереноСегодня
ГородBakı
Дата
Просмотры5
Номер№5858348
Описание
Əsas vəzifə və öhdəliklər:
Anbara daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata keçirilməsi;
Malların say, çeşid və keyfiyyət baxımından yoxlanılması;
Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
Anbar qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;
Mal-material ehtiyatlarının uçotunun aparılması;
ERP proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının aparılması;
Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının hazırlanması və rəsmiləşdirilməsi;
Planlı və növbədənkənar inventarizasiyalarda iştirak və prosesin təşkili;
Malların itki və zədələnmə hallarının qarşısının alınması;
Anbar sahəsində səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Namizədə dair tələblər:
Ali və ya orta ixtisas təhsili;
Anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi;
Anbar uçotu və mal-material ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər;
ERP proqramları ilə işləmək bacarığı;
MS Office proqramlarını, xüsusilə Excel-i bilmək;
Anbar sənədləşməsi və inventarizasiya qaydaları haqqında məlumatlı olmaq;
Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Komanda ilə işləmək bacarığı.
İş şərtləri:
Əmək haqqı: 1000–1300 AZN;
İş təcrübəsi: 3+ il;
İş istiqaməti: Anbar əməliyyatları və anbar uçotu;
Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Anbardar”
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205108/anbardar
РЕКЛАМА






