
7
Baş Direktor köməkçisi
Baş Direktor köməkçisi
По договорённости
ПровереноВчера
Дата
Просмотры7
Номер№4550153
Описание
İstehsal və pərakəndə satış sahəsində fəaliyyət göstərən şirkətimizə baş direktorun gündəlik işinin təşkilində, tapşırıqların icrasına nəzarətdə və şöbələrarası koordinasiyada fəal rol alacaq baş direktor köməkçisi axtarırıq.
Bizim üçün bu vəzifədə dəqiqlik, çeviklik, məxfilik və işi nəticəyə çatdırmaq bacarığı əsasdır.
Əsas məsuliyyətlər
Baş direktorun iş təqvimini idarə etmək, görüşləri, iclasları və işgüzar səfərləri planlaşdırmaq.
Verilən tapşırıqların icra müddətlərini və nəticələrini izləmək, gecikmələr barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
İstehsal, satış, marketinq, maliyyə və insan resursları şöbələri ilə koordinasiyanı təmin etmək.
İclasların gündəliyini hazırlamaq, qərarları qeyd etmək və aidiyyəti şəxslərlə icrasını izləmək.
Hesabatları və məlumatları toplayaraq rəhbərliyə aydın, yığcam formada təqdim etmək.
Yerli və xarici tərəfdaşlarla işgüzar yazışmalar və danışıqlar aparmaq.
Azərbaycan, rus və ingilis dillərində sənədlər, məktublar və təqdimatlar hazırlamaq.
Rəhbərliyin ehtiyac duyduğu mövzular üzrə araşdırmalar aparmaq və təkliflər hazırlamaq.
Namizəddən gözləntilərimiz
Ali təhsil və müvafiq vəzifədə iş təcrübəsi.
Azərbaycan, rus və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət — mütləq tələbdir.
Güclü təşkilatçılıq, analitik düşüncə və vaxtın idarə edilməsi bacarığı.
Eyni vaxtda bir neçə işi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək.
Excel, Word, PowerPoint və elektron iş alətlərindən sərbəst istifadə.
İşgüzar yazışma və təqdimat bacarığı.
Müstəqil işləmək, təşəbbüs göstərmək və problemlərə həll təklif etmək.
Məxfi məlumatlarla işləmək məsuliyyəti və peşəkar davranış.
İş şəraiti
5 günlük iş həftəsi
Nahar fasiləsi: 13:00-14:00
Nahar müəssisə tərəfindən təmin edilir.
İş yeri: Bakı Sumqayıt younun üstü, Masazır dairəsi, Əliağa Vahid 1 küçəsi.
Əmək haqqı: Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.
Qeyd: İstehsal və ya pərakəndə satış sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Komandamıza qoşulmaq üçün: CV-lərinizi “Baş Direktor köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 13.11.2026
Источник объявления
Открыть оригинал объявления© Nur Collection jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА













