Əsas vəzifə öhdəlikləri:
Rəqib marketlərdə qiymət monitorinqlərinin aparılması;
Kampaniya və endirimlərin izlənilməsi;
Mağaza ziyarətləri vasitəsilə məlumatların toplanması;
Məhsullar üzrə qiymət müqayisələrinin aparılması;
Bazardakı qiymət dəyişikliklərinin izlənilməsi;
Toplanmış məlumatların aidiyyəti şəxslərlə operativ şəkildə paylaşılması.
Tələb olunan bilik və bacarıqlar:
Microsoft Office proqramlarında, xüsusilə Excel-də biliklərə malik olmaq;
Diqqətli və məsuliyyətli olmaq;
Məlumatları düzgün və operativ toplamaq bacarığı;
Komanda mühitində işləməyi bacarmaq.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali və ya orta ixtisas təhsili;
Supermarket və ya pərakəndə satış sektorunda iş təcrübəsi;
Qiymət monitorinqi və bazar araşdırması sahəsində praktiki təcrübə olması üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırması üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198148/bazar-arasdirmasi-uzre-mutexessis
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности