
2
Böyük mütəxəssis
Böyük mütəxəssis
По договорённости
ПровереноСегодня
Дата
Просмотры2
Номер№4558083
Описание
Struktur bölmənin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti, Bazar davranışlarına nəzarət şöbəsi
Hesabatlı olduğu vəzifə Şöbə rəisi
Vəzifənin funksiyaları:
Nəzarət subyektlərinə dair hesabatları, şikayətləri və nəzarətlə bağlı digər məlumatları toplayır, təhlil edir və nəzarət subyektlərinin risk profilini müəyyən edərək yoxlama planlarının hazırlanmasını təmin edir;
Bazar davranışları üzrə yoxlama planına və qanunvericiliyə uyğun olaraq, nəzarət subyektlərində növbəti və növbədənkənar yoxlamaları (o cümlədən monitorinqlər), habelə test məqsədli alış fəaliyyətini həyata keçirir və nəticəsinə uyğun yoxlama hesabatını (arayışı) təqdim edir;
Nəzarət subyektlərinə dair hesabatları, şikayətləri, sosial şəbəkələri, kütləvi informasiya vasitələrini və nəzarətlə bağlı digər məlumatları və trendləri təhlil edərək bazarın monitorinqini aparır və istehlakçıların müdafiəsi ilə bağlı erkən xəbərdarlıq siqnallarını aşkar edir;
Nəzarət subyektlərinin bazar davranışları üzrə komplayens (uyğunluq) nəzarətini həyata keçirir;
Qanunvericiliyə uyğun olaraq, bazar davranışları üzrə nəzarət subyektlərinə icrası məcburi olan göstərişlərin verilməsi və digər nəzarət tədbirlərinin tətbiqi ilə bağlı təkliflər hazırlayır və icrasına nəzarət edir;
Bazar davranışları üzrə tətbiq olunmuş nəzarət alətlərinin, o cümlədən təsir, təshih tədbirləri və sanksiyaların müvəqqəti və ya tam dayandırılması barədə nəzarət subyektlərindən daxil olmuş vəsatətlərə dair rəy hazırlayır;
Aidiyyəti struktur bölmələr tərəfindən makroiqtisadi, prudensial nəzarət və maliyyə sabitliyi istiqamətində təhlillərin aparılması məqsədi ilə onlara nəzarət subyektlərinin fəaliyyəti ilə bağlı informasiya dəstəyi göstərir;
Bazar davranışı normativlərinin və tələblərin, nəzarət subyektləri tərəfindən Mərkəzi Banka təqdim olunan hesabatların, habelə cari nəzarət prosesinin effektivliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır.
Texniki biliklər
Risklərin idarəolunması üzrə biliklər– orta səviyyədə
Maliyyə üzrə biliklər – yüksək səviyyədə
Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər – yüksək səviyyədə
Təcrübə
Maliyyə institutlarında müvafiq sahə üzrə minimum 3 il
Təhsil
Müvafiq sahədə ali təhsil (Maliyyə/İqtisadiyyat/Hüquq/İdarəetmə)
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə)
Kompüter bacarıqları
MS Office-Yaxşı səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 26.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-boyuk-mutexessis-153708
РЕКЛАМА













