
Bakı5
Digital specialist
Digital specialist
1 000 ₼
Проверено1 нед. назад
ГородBakı
Дата
Просмотры5
Номер№4724796
Описание
Vəzifə öhdəlikləri:
Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi;
Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması;
Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.);
SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər);
Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.);
Françayzerlərin brend qaydalarına riayət olunması;
Sayt trafikinin artırılması strategiyalarının hazırlanması;
Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması;
Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması;
Reklam kampaniyalarının optimallaşdırılması;
Digital bazarın və texnologiyaların monitorinqi;
Biznes üçün yeni həllər və alətlərin təklif olunması;
Marketinq strategiyasının və marketinq planının hazırlanması;
Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi.
Tələblər:
Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə;
SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər;
Excel proqramını yüksək səviyyədə bilmək;
Böyük həcmli məlumatlarla işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük;
İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı;
Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı.
Şərtlər:
Əmək haqq: 1000 AZN;
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199238/digital-specialist
РЕКЛАМА









