Prayk
Elektrik — Sənaye, istehsal
По договорённости

Elektrik

ПровереноСегодня
Дата
Просмотры
6
Номер
№4884006

Описание

İş yeri: İmişli şəhər Vəzifə öhdəlikləri Quşçuluq fabrikinin elektrik sistemlərinin, elektrik şitlərinin və idarəetmə panellərinin montajını, texniki xidmətini və təmirini həyata keçirmək; Müşahidə kameralarının montajını, işlək vəziyyətinə nəzarəti və nasazlıq yarandıqda təmirini təmin etmək; Soyuducu sistemlərinin montajı, texniki xidməti və təmirini həyata keçirmək; Havalandırma və istilik sistemlərinin quraşdırılmasını, sazlanmasını və təmirini yerinə yetirmək; Su nasosları və su təchizatı sistemlərinin elektrik hissələrinin montajını, yoxlanılmasını və təmirini həyata keçirmək; Yem sexinin texnoloji avadanlıqlarının elektrik sistemlərinin montajını, texniki xidmətini və nasazlıqlarının aradan qaldırılmasını təmin etmək; Kəsim sexinin avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək, montaj və təmir işlərini həyata keçirmək; Generatorların quraşdırılması, texniki vəziyyətinin yoxlanılması və təmirini təmin etmək; Elektrik mühərriklərini, kabelləri, qoruyucu qurğuları və digər elektrik avadanlıqlarını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Fabrikin digər istehsalat və təsərrüfat sahələrində istifadə olunan elektrik və texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri işlərini yerinə yetirmək; Avadanlıqlarda yarana biləcək nasazlıqların qarşısını almaq məqsədilə profilaktik baxış və texniki xidmət işləri aparmaq; Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və müəssisədaxili texniki təhlükəsizlik qaydalarına riayət etmək. Tələblər Yaş həddi: 25–50 yaş; Elektrik və ya elektrotexniki sahə üzrə peşə təhsili və ya müvafiq ixtisas biliyi; Elektrik sistemlərinin montajı, texniki xidməti və təmiri üzrə iş təcrübəsi; Elektrik şitləri, idarəetmə panelləri, elektrik mühərrikləri və üçfazalı elektrik sistemləri ilə işləmək bacarığı; Soyuducu, havalandırma, istilik və su nasosları sistemlərinin elektrik hissələrini anlamaq və nasazlıqlarını müəyyən etmək bacarığı; Generatorlar, istehsalat avadanlıqları və elektrik qoruyucu qurğuları üzrə praktiki biliklər; Ölçü cihazlarından, o cümlədən multimetrlə işləmək və elektrik nasazlıqlarını müəyyən etmək bacarığı; Texniki sxemləri oxumaq və elektrik avadanlıqlarının iş prinsipini anlamaq; Nasazlıqları operativ müəyyən etmək, düzgün həll yolu seçmək və məsuliyyətli işləmək bacarığı; Elektrik təhlükəsizliyi qaydalarını bilmək və onlara ciddi riayət etmək; Komandada işləmək, intizamlı olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/hajigabul-poultry-farm-company-elektrik-154253
РЕКЛАМА