🏡 **ZABİTLƏR PARKINA MƏNZƏRƏLİ, 180 KV.M GENİŞ MƏNZİL UZUNMÜDDƏTLİ İCARƏYƏ VERİLİR!**
Şəhərin əlverişli və prestijli ərazisində yerləşən, genişliyi və rahatlığı ilə seçilən mənzil uzunmüddətli kirayə üçün təklif olunur.
Mənzilin ümumi sahəsi 180 kv.m-dir. Mənzildə 3 geniş yataq otağı, işıqlı mətbəx, rahat qonaq otağı, 2 sanitar qovşaq və əlavə saxlanc otağı (storage room) mövcuddur.
Mənzilin iki balkonu var. Balkonlardan biri Zabitlər Parkına, hər ikisindən isə Alov Qüllələrinə açılan gözəl mənzərə ilə seçilir.
Yataq otaqlarında yeni çarpayılar yerləşdirilib. Mətbəx paltaryuyan və qabyuyan maşınla təchiz olunub. Dəhlizdə geniş və funksional gizli qarderob nəzərdə tutulub.
Qaz, su və kombi istilik sistemi tam işlək və əla vəziyyətdədir.
Binada 24 saat təhlükəsizlik əməkdaşları var. Binaya və mərtəbəyə Giriş-çıxış xüsusi kartladır.
Binanın altında Araz market, gözəllik salonu, katering şirkəti yerləşir.
Ətrafda bütün marketlər, Qəbələ Xanlar restoran, kafeteriyalar, dil kursları, əyləncə mərkəzi(Zabitlət parkında) Bakı Dövlər Sirki yerləşir.
Şəhər çox yaxın eyni zamanda çox sakit ərazidir.
28 May və Nizami metrosuna piyada məsafəsindədir.
**Mənzil yalnız uzunmüddətli kirayə üçün, səliqəli və məsuliyyətli kirayəçilərə verilir.**
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
© Ziya · bina.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.