
Bakı8
İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri
İnsan Resursları Əməliyyatları Şöbəsinin Müdiri
По договорённости
Проверено1 нед. назад
ГородBakı
Дата
Просмотры8
Номер№5570871
Описание
İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək;İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək;İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək;ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək.Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək.
Tələblər:
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Hüquq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə);İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi;HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə;MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;Komandanı idarəetmə, iş bölgüsü aparma və əməkdaşların inkişafını dəstəkləmə bacarığı;Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə ünsiyyət bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Rəhbər
Şirkət: Anonym
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/anonym/anonym-insan-resurslari-emeliyyatlari-sobesinin-mudiri-52321555/apply
РЕКЛАМА





