Prayk

İnsan Resursları üzrə Menecer

По договорённости
Проверено3 нед. назад
Город
Bakı
Категория
HR, кадры
Дата
Просмотры
17
Номер
№5049192

Описание

Əsas vəzifə öhdəlikləri Şirkətin insan resurslarının idarə edilməsi proseslərini təşkil etmək və koordinasiya etmək; HR strategiyasının, daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək; İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul proseslərini təşkil etmək; Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün idarə edilməsini təmin etmək; Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək; ƏMAS və digər müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək; Yeni əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək və izləmək; Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin tətbiqində iştirak etmək; Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya etmək; Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsində iştirak etmək; Kadr məlumat bazasının düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək; Əməkhaqqı hesablanması üçün zəruri məlumatların hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək; Əmək münasibətləri ilə bağlı yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək; HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək; HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq. Vəzifəyə dair tələblər Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahələr üzrə); İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq əmək qanunvericiliyi üzrə yaxşı biliklər; Kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi və əmək münasibətləri üzrə praktiki təcrübə; ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək bacarığı; MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı; HR hesabatlarının hazırlanması və əsas HR göstəricilərinin təhlili üzrə biliklər; İngilis dili – B2, rus dili – B2 səviyyəsində bilik arzuolunandır. Şəxsi keyfiyyətlər və bacarıqlar Liderlik və komanda ilə işləmək bacarığı; Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti; Analitik düşüncə və problem həll etmə bacarığı; Strateji yanaşma və təşəbbüskarlıq; Yüksək məsuliyyətlilik və detallara diqqət; Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı; Çoxşaxəli tapşırıqları və prioritetləri effektiv idarə etmək; Dinamik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş qrafiki Həftə içi 5 gün, saat 09:00–18:00; Zərurət yarandıqda şənbə günü – yarım iş günü. AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə  Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/200740/insan-resurslari-uzre-menecer
РЕКЛАМА