
Bakı5
İnsan resursları və inzibati işlər şöbəsinin müdiri
İnsan resursları və inzibati işlər şöbəsinin müdiri
По договорённости
ПровереноСегодня
Описание
Namizədə olan tələblər:
Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
İnsan resursları sahəsində təcrübə minimum 5 il;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;
Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür;
Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.
Vəzifə öhdəlikləri:
Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün və vaxtında aparılmasına nəzarət etmək;
İllik məzuniyyət qrafikini hazırlamaq və icrasını izləmək;
İşə qəbul proseslərində şirkət adından rəy vermək;
Onboarding və offboarding proseslərini təşkil etmək və nəzarətdə saxlamaq;
Performans qiymətləndirmə prosesini idarə etmək və nəticələri rəhbərliyə təqdim etmək;
Şirkət üzrə illik təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin nəticəsini ölçmək;
Əməkhaqqı və vəzifə dəyişikliyi proseslərini idarə etmək;
Bonus, əməkhaqqı artımı və intizam tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq;
Struktur dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək;
İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək;
Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq;
Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək;
Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll etmək;
Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə tətbiqini təmin etmək;
İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq;
Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik etmək.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və inzibati işlər şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/206678/insan-resurslari-ve-inzibati-isler-sobesinin-mudiri
РЕКЛАМА








