Prayk
Junior Quantity Surveyor (Kiçik həcm və dəyər üzrə mühəndis) — HR, kadr
По договорённости

Junior Quantity Surveyor (Kiçik həcm və dəyər üzrə mühəndis)

ПровереноВчера
Категория
HR, кадры
Дата
Просмотры
11
Номер
№5936057

Описание

Əsas vəzifə və öhdəliklər: Layihələr üzrə iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsində iştirak etmək; Layihə çertyojları, texniki spesifikasiyalar və layihə sənədlərini təhlil etmək; BOQ (Bill of Quantities) sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək; Tikinti və quraşdırma işləri üzrə material və iş həcmlərinin hesablanmasını həyata keçirmək; Müqavilə və layihə sənədlərinə uyğun olaraq faktiki yerinə yetirilmiş iş həcmlərini yoxlamaq; Material və digər layihə xərclərinin hesablanmasında iştirak etmək; Büdcə və smeta sənədlərinin hazırlanmasına dəstək göstərmək; Layihə üzrə əlavə və dəyişikliklərin (Variation Orders) qiymətləndirilməsində iştirak etmək; Görülmüş işlərin həcmləri üzrə hesabatların hazırlanmasını təmin etmək; Layihə, satınalma və müqavilə komandaları ilə koordinasiyalı işləmək. Namizədə dair tələblər: İnşaat mühəndisliyi, tikinti, mexanika və ya digər müvafiq ixtisas üzrə ali təhsil; Müvafiq sahədə 0–2 il iş təcrübəsi; Tikinti çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı; MS Excel proqramı üzrə yaxşı biliklər; BOQ, iş həcmlərinin hesablanması və smeta tərtibi üzrə ilkin biliklər; AutoCAD proqramı üzrə biliklər arzuolunandır; Dəqiqlik, analitik düşünmə və hesablama bacarığı; Komandada işləmək və məsuliyyətlilik; İngilis dili biliyi vacibdir; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected] Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/pmis-mmc-junior-quantity-surveyor-kicik-hecm-ve-deyer-uzre-muhendis-156113
РЕКЛАМА