AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Kimyəvi sınaqlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Qrunt və yeraltı su nümunələrinin kimyəvi analizlərinin aparılması;
Laboratoriya şəraitində kimyəvi sınaqların müvafiq metodika və standartlara uyğun həyata keçirilməsi;
Su və qrunt nümunələrində pH göstəricisinin təyin edilməsi;
Sulfat, xlorid, bikarbonat ionlarının və ümumi sərtliyin müəyyən edilməsi;
Kalsium, maqnezium, natrium, kalium, dəmir və manqan elementlərinin təyini;
Ammonium, nitrat və nitrit göstəricilərinin müəyyən edilməsi;
Suda elektrik keçiriciliyi (EC), ümumi həll olmuş duzlar (TDS), ümumi mineralizasiya və qalıq quru maddənin təyin edilməsi;
Suyun kimyəvi tərkibinin, ümumi turşuluğunun və aqressivlik göstəricilərinin müəyyən edilməsi;
Zərurət olduqda suda üzvi maddələrin və COD göstəricisinin təyin edilməsi;
Laboratoriya avadanlıqlarının düzgün istismarının və ölçmə cihazlarının kalibrlənməsinin təmin edilməsi;
Kimyəvi reagentlərin hazırlanması, saxlanılması və istifadəsinə nəzarət edilməsi;
Sınaq nəticələrinin qeydiyyatının aparılması, hesablanması və laboratoriya hesabatlarının hazırlanması;
Laboratoriya işlərində keyfiyyətə nəzarət və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər
Kimya, analitik kimya, kimya mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
Laboratoriya şəraitində kimyəvi analizlərin aparılması üzrə iş təcrübəsi arzuolunandır;
Su və qrunt nümunələrinin kimyəvi analiz metodları barədə biliklər;
GOST, ASTM, ISO və BS standartlarından ən azı biri üzrə bilik və praktiki iş təcrübəsi;
Laboratoriya avadanlıqları, analitik ölçmə cihazları və kimyəvi reagentlərlə işləmək bacarığı;
Analiz nəticələrinin hesablanması, sənədləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Üstünlük hesab olunur
Geoloji, geotexniki laboratoriyada iş təcrübəsi;
Su və qrunt nümunələrinin kimyəvi analizləri üzrə praktiki təcrübə;
Laboratoriya keyfiyyət idarəetmə sistemi barədə biliklər.
Əmək şəraiti:
İş yeri: Xırdalan
İş rejimi: 09:00-18:00 (5 günlük)
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208113/kimyevi-sinaqlar-uzre-mutexessis
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности