
6
Korporativ satış meneceri
Korporativ satış meneceri
800 ₼
Проверено3 дн. назад
Дата
Просмотры6
Номер№4596132
Описание
Şirkətimiz IT infrastrukturu, şəbəkə avadanlıqları və zəif axın (ELV) sistemləri üzrə məhsul və layihə həllərinin təchizatı və inteqrasiyası ilə məşğuldur. Hazırda komandamıza korporativ müştərilərlə işləyəcək və yeni satış imkanları yaradacaq Korporativ Satış Meneceri axtarırıq. Bu vəzifədə əsas məqsəd yalnız mövcud sorğulara cavab vermək deyil, aktiv şəkildə yeni müştəri, yeni layihə və yeni satış imkanları yaratmaqdır.
IT / ELV / Şəbəkə və Təhlükəsizlik Sistemləri
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü, 5/2
Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı bonus
Əsas vəzifələr
Yeni korporativ müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin qurulması;
Tikinti şirkətləri, podratçılar, sistem inteqratorları, otellər, biznes mərkəzləri, dövlət və özəl müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi;
Yeni IT/ELV layihələrinin erkən mərhələdə aşkarlanması;
Mövcud müştərilərdən əlavə satış imkanlarının yaradılması;
Müştərinin texniki və kommersiya ehtiyaclarının müəyyənləşdirilməsi;
Uyğun məhsul və həllərin hazırlanması üçün texniki komanda ilə koordinasiya;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Tender, kotirovka və satınalma proseslərində iştirak;
Vendor və distributorlarla qiymət, stok və çatdırılma şərtlərinin razılaşdırılması;
Müştərilərlə görüşlərin və təqdimatların keçirilməsi;
Satış prosesinin ilkin əlaqədən sifariş və müqaviləyə qədər idarə olunması;
CRM sistemində müştərilərin və satış imkanlarının qeydiyyatı;
Rəqiblərin və bazarın monitorinqi;
Aylıq satış və pipeline hesabatlarının hazırlanması.
Namizədə əsas tələblər
Minimum 2 il B2B / Korporativ satış təcrübəsi;
IT, ELV, təhlükəsizlik sistemləri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür;
Korporativ müştərilərlə işləmə bacarığı;
Aktiv müştəri axtarışı və cold calling bacarığı;
Yeni müştərini real sifarişə çevirmək bacarığı;
Güclü danışıqlar aparmaq bacarığı;
Kommersiya təklifi hazırlamaq bacarığı;
Tender və satınalma prosesləri haqqında anlayış;
IT/ELV məhsulları haqqında ümumi texniki bilik;
MS Office və CRM proqramları ilə işləmək bacarığı;
Azərbaycan dili – sərbəst;
Rus dili – üstünlükdür;
İngilis dili – üstünlükdür;
B kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifə adı qeyd edilməlidir - Korporativ satış meneceri
Əlaqə - Aynur Nəcəfova +994774162110
Maaş: 800 AZN
Son müraciət tarixi: 14.11.2026
Источник объявления
Открыть оригинал объявления© Engitech jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА







