Prayk
Logistika üzrə Əməliyyat Meneceri — Nəqliyyat, logistika, anbar
По договорённости

Logistika üzrə Əməliyyat Meneceri

Проанализировано6 дн. назад
Дата
Просмотры
26
Номер
№4455817

Описание

Namizədə dair tələblər: Dəniz, quru və hava daşımaları sahəsində minimum 3 il iş təcrübəsi (əsasən dəniz daşımaları); Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək; Bakalavr dərəcəsi; Minimum üst-orta (upper-intermediate) səviyyədə ingilis dili (rus dili biliyi böyük üstünlükdür); Nəticəyönümlü, məsuliyyətli və diqqətli olmaq. İş şəraiti və saatları: Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək; Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq); Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır). Logistika üzrə Əməliyyat Menecerinin vəzifə öhdəlikləri: Aktiv daşımaları idarə etmək, müştərilərə həftəlik status cədvəllərini hazırlayıb göndərmək; Müqavilələr üzrə danışıqlar aparmaq, daşıma və emal xərclərini hesablamaq, qiymət təklifləri (kotirovka) hazırlamaq; Bütün idxal/ixrac daşımaları üçün sistemdə müvafiq sənəd nömrələrini (dispatch references) və iş fayllarını açmaq; Bütün müvafiq sənədlərin qovluqlarda saxlanılmasını və istənilən vaxt yoxlanış üçün hazır olmasını təmin etmək; Təşkilati tələblərə uyğun olaraq logistik prosedurlar əsasında çalışmaq; Nəqliyyat və paylama xərclərinə nəzarət etmək, subpodratçılarla daşıma tarifləri və xidmətlər barədə danışıqlar aparmaq; Daşıma növlərinə uyğun olaraq pre-alert sənədlərini qəbul və təsdiq etmək; Yük profillərinin bağlanmasına nəzarət etmək;Gömrük brokerləri ilə koordinasiyalı şəkildə çalışmaq; Yerli hesab-fakturaların (invoys) hazırlanması üçün dəstəkləyici sənədləri hazırlamaq; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 12.11.2026

Источник объявления

Открыть оригинал объявления

© Intransco Transport & Logistics Group jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА