
Məktəbəqədər hazırlıq müəllimi tələb olunur

700 ₼
Məktəbəqədər hazırlıq müəllimi tələb olunur
Копия2 нед. назад
Описание
BEAM School komandamıza rus bölməsi üzrə məktəbəqədər hazırlıq müəllimi axtarırıq.
Vəzifə öhdəlikləri:
* Məktəbəqədər yaşlı uşaqlara rus dilində hazırlıq dərslərinin keçirilməsi
* Uşaqların məktəbə hazırlıq səviyyəsinin inkişaf etdirilməsi
* Yaşa uyğun tədris metodlarından və interaktiv üsullardan istifadə
* Dərs planlarının hazırlanması və tədris prosesinin düzgün təşkili
* Uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması
* Valideynlərlə mütəmadi ünsiyyət və uşağın inkişafı barədə məlumatların təqdim edilməsi
Namizədə tələblər:
* Rus dilini səlis bilməsi
* Məktəbəqədər təhsil və ya pedaqoji sahədə təcrübənin olması arzuolunandır
* Uşaqlarla işləmək bacarığı və səbirli yanaşma
* Məsuliyyətli, pozitiv və ünsiyyətcil olmaq
* Müasir tədris metodlarına maraq
* Komandada işləmək bacarığı
İş təcrübəsi:
Müvafiq sahədə iş təcrübəsi üstünlükdür. Universitet tələbələri və yeni məzunlar da müraciət edə bilərlər.
Biz nə təklif edirik:
* Peşəkar və mehriban kollektiv
* Rahat və müasir iş mühiti
* İnkişaf və karyera imkanları
* Peşəkar inkişaf üçün dəstək
* Stabil iş şəraiti
İş yeri: Bakı
Vəzifə: Məktəbəqədər hazırlıq müəllimi – Rus bölməsi
İş qrafiki: Müsahibə zamanı müəyyən edilir.
Müraciət üçün:
[email protected]
və ya beamschool.az saytında Karyera bölməsindən müraciət edə bilərsiniz.
Qeyd: CV göndərərkən mövzu hissəsində “Məktəbəqədər hazırlıq müəllimi – Rus bölməsi” qeyd etməyiniz xahiş olunur.
Похожие объявления
Смотреть все



Ruziyyə xanım











