
5
Memar

По договорённости
Memar
ПровереноСегодня
Дата
Просмотры5
Номер№4933965
Описание
Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.
Vəzifə Öhdəlikləri:
Layihələr üzrə memarlıq konsepsiyalarının hazırlanması və memarlıq layihələndirmə işlərinin həyata keçirilməsi;
Memarlıq-planlaşdırma həllərinin hazırlanması və müvafiq layihə sənədlərinin işlənib hazırlanması;
Plan, fasad, kəsik və digər zəruri memarlıq çertyojlarının hazırlanması;
Layihələrin təsdiq edilmiş texniki tapşırığa, sifarişçi tələblərinə və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
Layihə sənədlərinin müvafiq tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
Memarlıq həllərinin mühəndislik və digər layihə həlləri ilə koordinasiya edilməsi;
Layihə sənədlərində tələb olunan dəyişiklik və düzəlişlərin həyata keçirilməsi;
Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
Sifarişçi, layihə komandası və digər aidiyyəti tərəflərlə layihə məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi;
Layihələndirmə prosesində aşkar edilmiş uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının təmin edilməsi;
Müvafiq daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
Ali təhsil (Memarlıq və ya əlaqəli sahə üzrə Ali təhsil);
Müvafiq sahə üzrə 3 il təcrübə;
Microsoft Office proqramları (Word, Excel, PowerPoint) – peşəkar səviyyədə bilmək;
Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
Memarlıq layihələndirməsi və planlaşdırılması;
Tikinti norma, qayda və standartları ilə işləmə bacarığı;
Texniki çertyojların hazırlanması və oxunması bacarığı;
Layihə işlərini müəyyən edilmiş müddətlərdə tamamlamaq bacarığı.
Təklif Edilir:
Nahar təminatı;
Mobil nömrə təminatı;
Dinamik mühitdə işləmək və inkişaf şansı;
Rahat və müasir iş mühiti – şəhərin mərkəzində ofis.
Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/aztelco-group-mmc-memar-154339
РЕКЛАМА














