
Bakı4
Mexanika mühəndisi

По договорённости
Mexanika mühəndisi
Проверено1 нед. назад
ГородBakı
Дата
Просмотры4
Номер№4652541
Описание
Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;Mexanika layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;Mexanika işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;Mexaniki işlərə aid bütün sistemlər üçün tender sənədlərinin hazırlanmasında texniki dəstək vermək və inkişaf etdirmək;Tender prosesində şirkətlərdən gələn təklifləri texniki baxımdan dəyərləndirmək və qiymətləndirmək;Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;Mexaniki cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;Layihənin yekununda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;Mexanika üzrə texniki hesabatları yerinə yetirmək;İsitmə, soyutma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri, avtomatik yanğın söndürmə sistemləri (mexanik sistemlər) barəsində nəzarəti həyata keçirmək;Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işləri yerinə yetirmək.
Tələblər:
Ali təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;Kompüter bacarıqları: MS Office, Autocad.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: PMD Projects MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/pmdprojects/pmdprojects-mexanika-muhendisi-698963/apply
РЕКЛАМА








