
3
Ölçü kontrolu üzrə inspektor

По договорённости
Ölçü kontrolu üzrə inspektor
ПровереноВчера
Дата
Просмотры3
Номер№4957212
Описание
Vəzifənin məqsədi
Metal konstruksiyaların və istehsal olunmuş komponentlərin ölçülərinin texniki çertyojlara, müvafiq standartlara və müəyyən edilmiş texniki tələblərə uyğunluğunu yoxlamaq, ölçmə nəticələrini sənədləşdirmək və istehsalat prosesində ölçü uyğunluğuna nəzarəti təmin etmək.
Əsas vəzifə və öhdəliklər
Metal konstruksiyaların, detalların və digər istehsal olunmuş komponentlərin ölçülərini texniki çertyojlara və müəyyən edilmiş tələblərə uyğun yoxlamaq;
BS EN 1090-2 standartının tələblərinə uyğun ölçü yoxlamalarını həyata keçirmək;
Yoxlama Test Planının (YTP) tələblərinə uyğun müvafiq inspeksiya və test mərhələlərinin icrasına nəzarət etmək;
Texniki çertyojları, spesifikasiyaları və ölçü yoxlamaları ilə bağlı digər texniki sənədləri oxumaq və tətbiq etmək;
Ölçü alətlərindən və müvafiq ölçmə avadanlıqlarından düzgün istifadə etmək;
Faktiki ölçüləri texniki çertyojlar və müəyyən edilmiş tələblərlə müqayisə edərək uyğunluğu müəyyənləşdirmək;
İstehsalat prosesi zamanı metal konstruksiyaların və komponentlərin ölçü uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumat vermək;
Ölçmə nəticələrini düzgün sənədləşdirmək, müvafiq yoxlama qeydlərini aparmaq və hesabatlar hazırlamaq;
Səviyyə, hündürlük və digər ölçü göstəricilərini yoxlamaq, zəruri hallarda nivelirdən istifadə etmək;
Ölçmə alətlərinin düzgün istifadəsinə və yoxlama prosesinin müəyyən edilmiş tələblərə uyğun aparılmasına riayət etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə riayət etmək.
Namizədə tələblər
Müvafiq texniki sahə üzrə ali təhsil;
Ölçü kontrolu və ya metal konstruksiyaların ölçülərinin yoxlanılması sahəsində iş təcrübəsi;
BS EN 1090-2 standartının tələbləri barədə biliklər;
Yoxlama Test Planının (YTP) tələblərini bilmək və müvafiq inspeksiya/test mərhələlərini anlamaq;
Texniki çertyojları və müvafiq texniki sənədləri oxumaq bacarığı;
Metal konstruksiyaların və istehsal olunmuş komponentlərin ölçülərinin yoxlanılması üzrə praktiki biliklər;
Ölçmə alətləri və müvafiq ölçü avadanlıqlarından istifadə bacarığı;
Faktiki ölçüləri texniki tələblərlə müqayisə etmək, uyğunsuzluqları müəyyənləşdirmək və nəticələri sənədləşdirmək bacarığı;
Ölçmə nəticələri əsasında yoxlama hesabatlarının hazırlanması üzrə biliklər;
Nivelirlə işləmək bacarığının olması arzuolunandır;
Səviyyə, hündürlük və digər ölçü göstəricilərinin yoxlanılması üzrə praktiki təcrübə üstünlükdür;
Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Nahar və servis xidməti ilə təminat.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 01.11.2026
Источник объявления
Открыть оригинал объявления© Poladİs MMC jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА














