
7
Risk və komplayens meneceri

По договорённости
Risk və komplayens meneceri
ПровереноСегодня
Дата
Просмотры7
Номер№5847446
Описание
Vəzifə öhdəlikləri
Kredit riski
Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi yazmaq
Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü ərzində rəy vermək
Kredit Komitəsinin iclaslarında səs vermək, qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq
Zaminlərin (fiziki və hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək
Qərar mexanizmi və siyasətlər
Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin təsdiqinə təqdim etmək
Qaydaların nəticələrini data analitiki ilə birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək
Kredit siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq
Komplayens və AML
KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək
Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək
AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə hesabat prosesini qurmaq
Müşahidə Şurasına AML üzrə dövri hesabat vermək
Daxili nəzarət
Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq
Sistemlərə giriş hüquqlarına nəzarət etmək
Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim etmək
Tələblər
Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il təcrübə
AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik bilik
Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək bacarığı
Azərbaycan Kredit Bürosu hesabatları ilə iş təcrübəsi
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Risk və kamplayens meneceri " qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Son müraciət tarixi: 11.12.2026
Источник объявления
Открыть оригинал объявления© Group Motors jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА













