Prayk
Komplayns və AML departamentinin Komplayns şöbəsinin Mütəxəssisi — Hüquq
По договорённости

Komplayns və AML departamentinin Komplayns şöbəsinin Mütəxəssisi

Проверено3 нед. назад
Категория
Юриспруденция
Дата
Просмотры
48
Номер
№5201958

Описание

Təsvir Bankın məhsul və xidmətlərinin yerli qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin, beynəlxalq standartların və Bankdaxili siyasət və prosedurların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və müvafiq rəylərin verilməsi; Tənzimləyici orqanlardan Banka daxil olan müraciət və tələblərin icrası üçün zəruri tədbirlərin görülməsi və icra prosesinin izlənilməsi; Təchizatçıların komplayens baxımından qiymətləndirilməsi üçün zəruri sənədlərin toplanması, məlumatların təhlili və müvafiq yoxlama proseslərinin həyata keçirilməsi; Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş verən dəyişikliklərin izlənilməsi, həmin dəyişikliklərin Bankın fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tələblər barədə Bank əməkdaşlarının vaxtında məlumatlandırılmasının təmin edilməsi; Bankdaxili proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi zamanı qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin və Bankdaxili normativ sənədlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə rəy və təkliflərin verilməsi; Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Maraqlar toqquşması və digər əlaqəli Komplayens üzrə Bankdaxili siyasət və prosedurların Bankda tətbiqinin təmin edilməsi; Maraq toqquşması hallarının müəyyən edilməsi, müvafiq risklərin qiymətləndirilməsi və bu risklərin idarə edilməsi üzrə nəzarətin qurulması; Bankdaxili proseslərin qanunvericiliyin, tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq hesabatların hazırlanması; Bankın struktur bölmələrinin fəaliyyətnin Komplayens tələblərinə uyğunluğunun davamlı monitorinqinin həyata keçirilməsi; İş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması; Komplayens funksiyasının fəaliyyətinin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi; Biznes mərkəzlərindən və digər aidiyyəti struktur bölmələrdən daxil olan Komplayens məsələləri üzrə sorğuların cavablandırılması və müvafiq dəstəyin göstərilməsi; Komplayens məsələləri üzrə təlimlərin təşkili və keçirilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası. Tələblər Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir); Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması); Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır; Xarici dillər: İngilis (səlis), rus (işlək); Kompüter bilikləri: Microsoft Office; Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli yerli qanunvericilik, Mərkəzi Bankın normativ hüquqi aktları, Banklarda Korporativ İdarəetmə Standartları və digər aidiyyəti qanunvericilik və tələblər üzrə geniş biliklər. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 27.11.2026

Источник объявления

Открыть оригинал объявления

© PASHA Bank jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp