Prayk
Təşkilati risklərin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis — Hüquq
По договорённости

Təşkilati risklərin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis

ПровереноСегодня
Категория
Юриспруденция
Дата
Просмотры
7
Номер
№6104587

Описание

PAŞA Sığorta ASC namizədləri Təşkilati risklərin idarəedilməsi üzrə ekspert / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol təşkilat miqyasında risk mədəniyyətinin formalaşdırılması, təşkilati risklərin idarə edilməsi üçün daxili qaydaların hazırlanması və onlara nəzarətin təmin edilməsi üzrə məsuliyyət daşıyır. Ekspert, risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risk reyestrinin yenilənməsi, həmçinin Risk İştahası Çərçivəsi (RAS) və Əsas Risk İndikatorları (KRI) üçün limitlərin təyin edilməsi və monitorinqi ilə məşğul olacaqdır. Bundan əlavə, İdarə Heyəti və Risk Komitəsi üçün hesabatların hazırlanması, RCSA prosesinə dəstək və risk sağlamlıq indeksinin idarə edilməsi bu vəzifənin əsas istiqamətlərini təşkil edir. Öhdəliklər Təşkilat üzrə risk mədəniyyətinin ölçülməsi, inkişaf etdirilməsi və bu sahədə maarifləndirmə təlimlərinin keçirilməsi; Təşkilati risklərin idarə olunması üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin hazırlanması və onların icrasına nəzarət; Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, risk reyestrinin mütəmadi yenilənməsi; Maliyyə və qeyri-maliyyə riskləri üzrə əsas risk indikatorlarının (KRI) müəyyən edilməsi, onların risk iştahası göstəriciləri ilə əlaqələndirilməsi və müvafiq struktur bölmələr üzrə kaskadlaşdırılması prosesində iştirak etmək; Şirkətin maliyyə və qeyri-maliyyə riskləri üzrə ümumi risk profilinin qiymətləndirilməsi və müəssisə üzrə risklərin məcmu təsirinin müəyyən edilməsi prosesində iştirak etmək; Risk İştahası Çərçivəsi (RAS) üzrə limitlərin təyin edilməsi, əsaslandırılması və təkmilləşdirilməsi; İdarə Heyəti və Risk Komitəsi üçün risk hesabatlarının hazırlanması və təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət; Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin yüksəldilməsi üzrə zəruri tədbirlərin görülməsi. Bilik və Bacarıqlar Risklərin dərin təhlili və strateji qiymətləndirilməsi bacarığı; Mürəkkəb məlumatları şərh etmək, güclü analitik düşüncə və problemləri həll etmə bacarığı; Məlumatların analizində Excel və SQL-dən effektiv istifadə; Təqdimatların hazırlanması üçün PowerPoint proqramından effektiv istifadə; FRM, CFA, CRMA kimi müvafiq sertifikatların olması arzuolunandır; Yüksək səviyyədə dəqiqlik, detallara diqqət yetirmə və məsuliyyət hissi; Etik davranış və məxfilik prinsiplərinə riayət etmə; Əməkdaşlıq, keyfiyyət yönümlülük və öyrənməyə açıqlıq; Dil bilikləri: Azərbaycan, İngilis. Təhsil və Təcrübə Müvafiq sahə üzrə ali təhsil; Risklərin idarəedilməsi və ya əlaqəli sahədə 5 ildən artıq iş təcrübəsi. Bizim Təklifimiz Peşəkar komanda mühitində əməkdaşlıq imkanı; Davamlı öyrənmə və fərdi inkişaf üçün geniş imkanlar; Şirkətin strateji hədəflərinə töhfə vermək şansı; Şəffaf və dəstəkləyici korporativ mədəniyyət; “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 18.12.2026

Источник объявления

Открыть оригинал объявления

© PASHA Insurance jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp