Vəzifə öhdəlikləri:
Otelin xidmətlərinin satışını həyata keçirmək və yeni müştərilərin cəlb olunmasında iştirak etmək;
Potensial korporativ müştərilərlə, turizm agentlikləri və turoperatorlarla əlaqə yaratmaq;
Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq və əməkdaşlıq münasibətlərini qorumaq;
Müştərilərə otelin xidmətləri, otaq kateqoriyaları, qiymətləri və xüsusi təklifləri barədə məlumat vermək;
Müştərilər üçün kommersiya təklifləri hazırlamaq və göndərmək;
Korporativ və qrup rezervasiyalarının əldə olunması istiqamətində fəaliyyət göstərmək;
Otelin otaq, restoran, konfrans və banket xidmətlərinin satışına dəstək vermək;
Müştəri görüşlərində və satış təqdimatlarında iştirak etmək;
Müştərilərdən daxil olan sorğuları operativ cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiya etmək;
Müqavilələrin, müştəri bazasının və satış sənədlərinin düzgün aparılmasını təmin etmək;
Satış fəaliyyətləri və müştəri əlaqələri üzrə mütəmadi hesabatlar hazırlamaq;
Rəhbərlik tərəfindən müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsinə dəstək olmaq;
Otelin satış strategiyasına uyğun olaraq yeni satış imkanlarını araşdırmaq.
Namizədə aid tələblər:
Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə minimum 1 il iş təcrübəsi
İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti
Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 27.12.2026
© Ibis Baku city · jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.