Vəzifə öhdəlikləri:
Otelin xidmət və məhsullarının satışını təşkil etmək və satış həcmini artırmaq;
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi;
Korporativ şirkətlər, turizm agentlikləri və tərəfdaşlarla işgüzar əlaqələrin qurulması;
Potensial müştərilərlə görüşlərin keçirilməsi, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
Satış strategiyasının hazırlanması və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
Bazar araşdırmasının aparılması, rəqiblərin fəaliyyətinin və qiymət siyasətinin təhlil edilməsi;
Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
Otelin otaq, restoran, konfrans və tədbir xidmətlərinin satışının təşviq edilməsi;
Satış nəticələrinin təhlil edilməsi və mütəmadi hesabatların hazırlanması;
Otelin gəlirlərinin artırılması məqsədilə yeni satış imkanlarının araşdırılması;
Digər şöbələrlə koordinasiyalı şəkildə çalışmaq və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədə aid tələblər:
Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə minimum 3 il iş təcrübəsi
İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı
Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti
Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 27.12.2026
© Ibis Baku city · jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.