Prayk
Продаётся 2-комн. квартира (новостройка), 48 м² — Mənzil, Bakı
145 000 ₼

Продаётся 2-комн. квартира (новостройка), 48 м²

Цена в обычном диапазоне похожих объявлений
Средняя цена похожих объявлений (26) — 140 500 ₼; это объявление дороже примерно на 4 200 ₼ (3%).
Это объявление
дешевлебольшинство похожихдороже
Большинство похожих объявлений — в диапазоне: 85 250 ₼ – 167 750 ₼
цена за м² 3 021 ₼ · медиана Binəqədi: 2 383 ₼ — на 27 % дороже · Цены по районам
68Оценка объявленияОбычное предложение68 из 100 — по цене, истории объявления и данным о продавце.Как посчитана оценка
ПродаетсяКопияНовостройка1 нед. назад
Город
Bakı
Район
Binəqədi
Категория
Квартира
Тип сделки
Продажа
Тип недвижимости
Квартира (новостройка)
Количество комнат
2
Площадь
48 m²
Этаж
14
Новостройка
Да
Есть купчая
Да
Этажей в доме
16
Продавец
Собственник
Дата
Просмотры
14
Номер
№5308572

Описание

Mənzil tam təmirli, yüksək zövqlə dizayn edilmiş və bütün əşyaları ilə birlikdə satılır. Əlavə xərc çəkmədən dərhal köçüb yaşamaq üçün tam hazır vəziyyətdədir. Mənzildə TV, kondisioner, soyuducu, qonaq otağı mebeli (stol və stullar),Mətbəx mebeli, soba və.s Rahat və keyfiyyətli divan, yataq dəsti və gündəlik istifadə üçün lazım olan digər əşyalar mövcuddur. Bütün mebel və texnikalar işlək və səliqəli vəziyyətdədir. İsitmə sistemi kombidir, mənzilin müəyyən hissələri isti döşəmə ilə təchiz olunub ki, bu da qış aylarında əlavə rahatlıq və komfort təmin edir. Qaz, su, işıq və internet daimidir. Bina müasir standartlara cavab verir. 7/24 işləyən lift və peşəkar mühafizə xidməti sakinlərin rahatlığı və təhlükəsizliyi üçün fəaliyyət göstərir. Kompleksin həyətində gündəlik ehtiyaclarınızı qarşılamaq üçün 7/24 fəaliyyət göstərən Spar market, avtodayanacaq, gözəllik salonu, diş klinikası, dərzi və digər müxtəlif ticarət və xidmət obyektləri yerləşir. Bütün lazımi xidmətlərə binadan çıxmadan və ya bir neçə addımlıq məsafədə çatmaq mümkündür. Nəqliyyat baxımından da mənzilin yerləşdiyi ərazi çox əlverişlidir. Binanın qarşısında avtobus dayanacağı yerləşir, yaxınlıqda isə metro stansiyası, məktəblər, uşaq bağçaları, apteklər və digər vacib infrastruktur obyektləri mövcuddur. Bu da həm ailəli şəxslər, həm də investisiya məqsədilə mənzil alanlar üçün böyük üstünlükdür. Mənzilin ən böyük üstünlüklərindən biri isə möhtəşəm panoramik mənzərəsidir. Gün işığını bol qəbul edir, otaqlar işıqlı və fərahdır. Havası təmizdir, mənzildə nəmişlik və rütubət problemi yoxdur. Rahat, təhlükəsiz və prestijli yaşayış üçün ideal seçimdir. Həm şəxsi yaşayış, həm də kirayə vermək üçün yüksək potensiala malikdir. Mənzil tam əşyalı satıldığı üçün yeni sahibi əlavə xərc çəkmədən dərhal istifadə edə bilər.
РЕКЛАМА
WhatsApp