
1
Satış üzrə koordinator

600 ₼
Satış üzrə koordinator
ПровереноСегодня
Дата
Просмотры1
Номер№4095522
Описание
Grinco MMC korporativ satış proseslərinin operativ və sistemli şəkildə idarə olunması üçün Satış üzrə koordinator vəzifəsinə məsuliyyətli, çevik və nəticəyönümlü əməkdaş axtarır.
Bu vəzifənin əsas məqsədi daxil olan müştəri sorğularının qeydiyyatı, kommersiya təkliflərinin hazırlanması, satış prosesinin izlənilməsi və sifarişlərin vaxtında icrası üçün şirkətdaxili koordinasiyanın təmin edilməsidir.
Vəzifə öhdəlikləri
Mövcud və potensial korporativ müştərilərdən daxil olan sorğuların qəbul edilməsi və qeydiyyata alınması;
Müştəri tələblərinin dəqiqləşdirilməsi;
Qiymət və kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
Göndərilmiş təkliflərin izlənilməsi və müştərilərdən geri dönüşlərin alınması;
Aktiv sorğu, təklif və sifarişlərin statuslarının daim nəzarətdə saxlanılması;
Təchizat, xarici satınalma, anbar, logistika və maliyyə şöbələri ilə koordinasiyanın aparılması;
Məhsullar üzrə qiymət, stok, çatdırılma müddəti və texniki məlumatların toplanması;
Təsdiqlənmiş sifarişlərin sifariş mərhələsindən təhvil-təslimədək izlənilməsi;
Müştərilərlə telefon və e-mail vasitəsilə peşəkar işgüzar ünsiyyətin aparılması;
Müqavilə, sifariş, hesab, akt və digər satış sənədlərinin hazırlanmasına dəstək;
Müştəri və satış məlumatlarının CRM/ERP sistemində yenilənməsi;
Cavabsız və gecikən sorğuların vaxtında müəyyən edilməsi və izlənilməsi;
Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək göstərilməsi.
Namizədə tələblər
Ali təhsil;
Satış, satış dəstəyi, korporativ satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
MS Excel, Word və Outlook proqramlarında işləmə bacarığı;
CRM və ERP sistemlərində iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
Kommersiya təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;
Eyni zamanda bir neçə sorğu və tapşırığı idarə etmək bacarığı;
Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq;
Güclü kommunikasiya və koordinasiya bacarığı;
Nəticəyönümlü və təşəbbüskar olmaq.
Bizim üçün ideal namizəd
Sorğunu sadəcə digər şöbəyə ötürən deyil, prosesi sonadək izləyən, müştərini cavabsız saxlamayan, gecikmələri vaxtında müəyyən edən və hər bir satış imkanının nəticəsini nəzarətdə saxlayan əməkdaş.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı
İş qrafiki: Bazar ertəsi – Cümə, həftədə 5 gün
İş saatı: 08:30 – 17:30
Əmək haqqı: 600 AZN NET + satış nəticələrinə əsaslanan bonus
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə koordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Maaş: 600 AZN
Son müraciət tarixi: 07.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/grinco-satis-uzre-koordinator-153235
Похожие объявления



Hr






По договорённости
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
BakıСегодня 12:22






По договорённости
Texnoloji Həllər üzrə Satış və Müştəri Əlaqələri Meneceri (Corporate Sales & Account Manager)
Сегодня 10:21
