Vəzifə öhdəlikləri
Satış nümayəndələrinin gündəlik fəaliyyətinə nəzarət etmək və işlərini təşkil etmək;
Təhkim olunmuş ərazilərdə satışın artırılması və satış planlarının yerinə yetirilməsini təmin etmək;
Müştəri bazasının genişləndirilməsi və yeni satış nöqtələrinin cəlb edilməsi istiqamətində işlər görmək;
Satış nöqtələrinə mütəmadi səfərlər etmək, məhsulların satışına, yerləşdirilməsinə və mövcudluğuna nəzarət etmək;
Müştərilərlə münasibətləri inkişaf etdirmək və kommersiya danışıqları aparmaq;
Satış göstəricilərini təhlil etmək, satışın artırılması üçün təkliflər vermək;
Satış nümayəndələrinin fəaliyyətini qiymətləndirmək və iş nəticələrinə dair hesabatlar hazırlamaq;
Rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatlar təqdim etmək.
Tələblər
Ali və ya orta ixtisas təhsili;
Satış sahəsində minimum 5 il iş təcrübəsi;
Satış və müştəri münasibətlərinin idarə olunması üzrə biliklər;
Komanda idarəetmə və təşkilatçılıq bacarığı;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Ezamiyyətlərə və ərazi üzrə səfərlərə hazır olmaq;
İş şəraiti:
İş qrafiki: 1-6 günlər.
Əmək haqqı: 1200 Azn + Bonus
İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını Supervayzer (Bölgə müdiri) yazmaqla müraciət edilir.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208290/supervayzer-bolge-mudiri
РЕКЛАМА
Мы используем файлы cookie Аналитика — только с вашего согласия; необходимые cookie активны всегда.Политика конфиденциальности