Prayk

Sürücü

По договорённости
ПровереноСегодня
Город
Bakı
Дата
Просмотры
2
Номер
№5885627

Описание

Tələblər: Sürücüluk vəsiqəsi (D kateqoriya) Avtobus sürücülük sahəsində minimum 3 il təcrübə; Müvafiq cədvəl üzrə işləmək bacarığı; Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı; Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı; 30-55 yaş arası namizədlər; Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı. Vəzifə öhdəlikləri: Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq; Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək. Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/205259/surucu
РЕКЛАМА