Prayk

Tech Lead (PHP/Magento 2)

По договорённости
Проверено1 нед. назад
Дата
Просмотры
7
Номер
№5200956

Описание

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq. Vəzifə öhdəlikləri: Magento 2 əsasında e-commerce platformasının backend hissəsinin inkişafına rəhbərlik edilməsi; Arxitektura həllərinin hazırlanması və qəbul edilməsi, sistemin genişlənə bilən və rahat dəstəklənən olmasının təmin edilməsi; ERP, CRM, ödəniş və digər xarici sistemlərlə inteqrasiyalarının layihələndirilməsi və həyata keçirilməsi; REST API və GraphQL-in hazırlanması və genişləndirilməsi; Tətbiqin, SQL sorğularının və API-nin performansının analiz edilməsi və optimallaşdırılması; Code review aparılması, komandada kod keyfiyyətinin və texniki standartların formalaşdırılması; Komanda üzvlərinə texniki dəstək və mentorluq edilməsi; Tapşırıqların qiymətləndirilməsi, texniki risklərin müəyyən edilməsi və komanda daxilində işin bölüşdürülməsi; Mürəkkəb texniki problemlərin araşdırılması və effektiv həllərın tapılması; Biznes və məhsul komandaları ilə birlikdə tələblərin müzakirə edilməsi və texniki həllərə çevrilməsi. Namizədə tələblər: Əsas tələblər PHP üzrə ən azı 3 il Backend təcrübəsi. PHP 8.x, Composer, PSR standartları və müasir development yanaşmalarını yaxşı bilmək; Magento 2 və ya PHP framework-lərindən biri ilə iş təcrübəsi: Symfony, Laravel, Laminas (Zend). OOP, SOLID prinsipləri və əsas dizayn pattern-lərini (Design Patterns) yaxşı başa düşmək; Dependency Injection, event-driven arxitektura (Events / Observers) və ORM-in iş prinsiplərini başa düşmək; REST API / GraphQL hazırlanması və inteqrasiyası təcrübəsi; MySQL ilə sərbəst işləmək: SQL sorğuları, JOIN, indekslər, sorğuların optimallaşdırılması; EXPLAIN. Keşləmə prinsiplərini başa düşmək və Redis və ya oxşar sistemlərlə iş təcrübəsi; Git və Docker-dən praktiki istifadə təcrübəsi; Linux üzrə əsas bilik və bacarıqlar; Mövcud kodu araşdırmaq, xətaların səbəbini tapmaq və texniki həllər təklif etmək bacarığı; Azərbaycan və rus dillərini bilmək, ingilis dilini texniki sənədləri oxumaq səviyyəsində bilmək; Symfony, Laravel və ya Laminas təcrübəsi olan güclü PHP developerlərin namizədliyini də nəzərdən keçiririk və Magento 2-ni öyrənməkdə dəstək oluruq; Üstünlük sayılacaq Magento 2 / Adobe Commerce üzrə iş təcrübəsi; Magento arxitekturasını bilmək; DI, Plugins, Observers, EAV, Indexers, Cron, Cache, UI Components. Magento-da GraphQL Resolver-lərin hazırlanması və API-nin genişləndirilməsi təcrübəsi; Adobe Commerce Developer sertifikatının olması. E-commerce proseslərini başa düşmək: kataloq, səbət, checkout, sifarişlər, ödənişlər, endirimlər. Digər e-commerce platformaları ilə təcrübə; Shopware, WooCommerce, OpenCart, PrestaShop, Sylius. ERP, CRM və ödəniş sistemləri ilə inteqrasiya təcrübəsi; RabbitMQ və ya digər message broker-lərlə iş təcrübəsi. Elasticsearch / OpenSearch, ElasticSuite ilə iş təcrübəsi; Varnish və Cloudflare-dən istifadə təcrübəsi. Nginx və PHP-FPM konfiqurasiyasını başa düşmək; Kubernetes və CI/CD-nin iş prinsiplərini başa düşmək; Yüksək yüklənmiş sistemlər və böyük verilənlər bazaları ilə iş təcrübəsi; JavaScript, React, HTML, XML üzrə əsas biliklər. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 27.11.2026

Источник объявления

Открыть оригинал объявления

© Kontakt Home jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp