
7
Tibbi Nümayəndə

По договорённости
Tibbi Nümayəndə
ПровереноВчера
Дата
Просмотры7
Номер№5281872
Описание
BioHerbal Baku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
Bu çərçivədə komandamıza Tibbi Nümayəndə axtarırıq.
Vəzifənin məqsədi
Tibbi Nümayəndə məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır.
Bu vəzifədə əsas məqsəd məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir.
İş öhdəlikləri
Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək
Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması
Həkimlərdən gələn elmi sual və etirazların mənbələr və sübutlara əsaslanaraq cavablandırılması
Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası
Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi
Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək
Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək
Namizədə tələblər
Təhsil (aidiyyatlı ixtisaslar):
Ali Təhsil
Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya və digər sahələr üzrə ali təhsil üstünlükdür.
Minimum 2 il tibbi nümayəndə olaraq təcrübə
Digər tələblər:
Mövcüd həkim portfelinə sahib
Peşəkar kommunikasiya bacarığı
Elmi mətnləri anlama və izah etmə qabiliyyəti
Səyyar iş rejiminə uyğunluq
MS Office bilikləri
Dil bilikləri (ingilis və ya rus dili) üstünlükdür
İş yeri: Bakı, Bəşir Bünyadov 37,Bakıxanov qəs., (ofis)
Yaş aralığı: 25 – 40
İş rejimi: 09:00-18:00 I-V gün Tam ştat (sahə işi)
Təklif etdiklərimiz
Təcrübə və peşəkar kompetensiyalara uyğun əmək haqqı + bonus sistemi
Qidalanma kartı
Yol xərci və ya avtomobil mövcuddursa yanacaq kartı
Davamlı təlim və inkişaf imkanları
Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Mövzü hissəsində vakansiya adını və bölgəni qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Bu vakansiya kimlər üçün Deyil
“Sadəcə satış etmək istəyirəm” deyənlər
Elmi mövzulara maraqsız olanlar
Həkim qarşısında özünü rahat və peşəkar ifadə edə bilməyənlər
Bu vəzifə sahədə brend məhsulların elmi təmsilçisidir.
Son müraciət tarixi: 27.11.2026
Источник объявления
Открыть оригинал объявления© BioHerbal Baku MMC jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.
РЕКЛАМА







