
Bakı5
Topoqraf

По договорённости
Topoqraf
Проверено4 дн. назад
ГородBakı
Дата
Просмотры5
Номер№4900830
Описание
Təsdiq edilmiş çertyojlara uyğun olaraq sahə ölçmə (survey) işlərini yerinə yetirmək, o cümlədən nişanlama (setting out), nivelirləmə, istiqamətləndirmə (alignment) və ölçmələr aparmaq.Nəzarət nöqtələrinin, reperlərin (benchmarks) və istinad xətlərinin yaradılmasında Baş Topoqrafa köməklik göstərmək.Tələb olunduqda topoqrafik ölçmələr, icra (as-built) ölçmələri və həcm/miqdar ölçmələri aparmaq.Sahə şəraitini layihə çertyojları ilə müqayisə etmək və aşkar edilmiş uyğunsuzluqları Baş Topoqrafa və ya Mühəndisə bildirmək.Ölçmə avadanlıqlarının (total stansiya, nivelir, GPS) düzgün istifadəsini, texniki baxımını və kalibrlənməsini təmin etmək.Dəqiq ölçmə məlumatlarını, sahə qeydlərini və hesabatları qeydiyyata almaq və saxlamaq.Tikinti qruplarını ölçmə məlumatları və planlama (layout) informasiyası ilə dəstəkləmək.Tamamlanmış işlərin ölçü dəqiqliyini və uyğunluğunu yoxlamaqda köməklik göstərmək.Ölçmə işləri zamanı layihənin keyfiyyət, təhlükəsizlik və ətraf mühit prosedurlarına riayət etmək.İşlərin səmərəli icrasını təmin etmək üçün sahə mühəndisləri və nəzarətçilərlə koordinasiya aparmaq.
Tələblər:
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLARTəhsil:Geodeziya, Kartoqrafiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.Müəyyən sahələr üzrə peşəkar bilik və bacarıqlar:Tikinti sahəsində ölçmə (survey) işlərinin aparılması,Nişanlama (setting out) və nivelirləmə işləri,Həndəsi nəzarət (geometric control),İcra (as-built) ölçmələrinin aparılması,Sahə mühəndisləri ilə koordinasiyalı işləmək bacarığı.İş təcrübəsi:Tikinti layihələri çərçivəsində topoqrafiya işləri üzrə minimum 3–5 il iş təcrübəsi.Dil və kompüter proqramları bilikləri:AutoCAD və ölçmə (survey) proqramları ilə işləmə bacarığı,Microsoft Office proqramlarında işləmə bacarığı,Azərbaycan dilində sərbəst bilik,İngilis dili üzrə orta səviyyə və ya daha yuxarı bilik tələb olunur.
Vakansiya növü: Tam ştat
Şirkət: PASHA Real Estate Group
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/pre/pre-surveyor-96465/apply
РЕКЛАМА





