
16
Fairmont Gold Lounge Attendant

Anlaşmalı
Fairmont Gold Lounge Attendant
Kontrol edildiBugün
Tarih
Görüntülenme16
Numara№4921023
Açıklama
Əsas vəzifələr:
Qonaqları gülərüzlə qarşılamaq, onların ehtiyaclarını əvvəlcədən müəyyən etmək və yüksək səviyyəli, fərdi xidmət təqdim etmək.
Qonaqların suallarını, xüsusi istəklərini və şikayətlərini operativ və nəzakətlə həll etmək.
Fairmont Gold Lounge-da yemək və içkilərin təqdim edilməsini təmin etmək.
İstirahət zalının, bufet sahəsinin və iş yerlərinin gün ərzində təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.
Mətbəx komandası ilə əməkdaşlıq edərək gündəlik menyunun və yeməklərin təqdimatının otelin standartlarına uyğun olmasını təmin etmək.
Səhərlər qonaqların sifariş etdiyi qəhvəni otaqlara çatdırmaq.
Qida məhsullarının, qabların və digər avadanlıqların inventarını izləmək.
Özünəxidmət mini-barının düzgün idarə olunmasını, məhsulların nəzarətdə saxlanılmasını və gəlirlərin artırılmasını təmin etmək.
Telefon zənglərini üç zəngdən gec olmayaraq cavablandırmaq və peşəkar ünsiyyət qaydalarına riayət etmək.
Mətbəx, qabyuyan və texniki xidmət şöbələri ilə koordinasiyalı işləmək.
Avadanlıq və təmir ehtiyaclarını müvafiq şöbəyə çatdırmaq, təcili hallarda texniki xidmətlə birbaşa əlaqə saxlamaq.
Növbə jurnallarında vacib məlumatları qeyd etmək və qonaqların gəliş siyahısındakı məlumatların düzgünlüyünü yoxlamaq.
İş yerində sağlamlıq və təhlükəsizlik standartlarını qorumaq, fövqəladə hallar zamanı müəyyən edilmiş prosedurlara əməl etmək.
Həmkarlarla əməkdaşlıq etmək, xidmət keyfiyyətini qorumaq və qonaq məmnuniyyətini artırmaq.
Tələblər:
Müştəri xidmətləri sahəsində əvvəlki iş təcrübəsi arzuolunandır. Restoranda ofisiant və ya köməkçi ofisiant kimi təcrübə üstünlükdür.
İngilis dilini səlis,rus dilini bilmək üstünlükdür.
Qonaqların ehtiyaclarını anlamaq, onların gözləntilərini qarşılamaq və yüksək xidmət keyfiyyətini təmin etmək.
Həmkarlarla əməkdaşlıq etmək və komanda daxilində səmərəli işləmək.
Çətin vəziyyətlərdə sakit qalmaq, düzgün qərarlar qəbul etmək və problemləri peşəkar şəkildə həll etmək.
Etibarlı, intizamlı və verilən tapşırıqları vaxtında yerinə yetirən olmaq.
İşləri prioritetləşdirmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək.
Sürətli və gərgin iş mühitində xidmət keyfiyyətini qorumaq.
İş saatları və növbələr baxımından çevik olmaq.
Otelin lüks xidmət standartlarına uyğun peşəkar görünüş və davranış nümayiş etdirmək.
Microsoft Windows proqramları ilə işləmək bacarığı üstünlükdür.
PMS (Property Management System) proqramları ilə əvvəlki təcrübə üstünlük hesab olunur.
Minimal nəzarət altında işləmək, təşəbbüs göstərmək və tapşırıqları vaxtında tamamlamaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Fairmont Baku jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM



